Menyu

AMB sədri: Azərbaycanda ixracyönümlü inkişafın sürətləndirilməsi strateji vəzifələrdən biridir

Operativ Media
AMB sədri: Azərbaycanda ixracyönümlü inkişafın sürətləndirilməsi strateji vəzifələrdən biridir
1 dəq oxu

Azərbaycanda ixracyönümlü inkişafın sürətləndirilməsi strateji vəzifələrdən biridir.

Operativ Media xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, daxili bazarın həcmi nəzərə alınmaqla, ixracın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Əmtəə ixracı subsidiyalar və digər dəstək alətləri vasitəsilə təşviq edilir.

T.Kazımovun sözlərinə görə, bu sahədə əsas prioritet yerli resurslara əsaslanan sənaye istiqamətləridir. Bunlara metallurgiya, kimya, əczaçılıq, qida emalı, pambıq emalı və toxuculuq daxildir.

O qeyd edib ki, 2026-cı ildə qəbul edilən kənd təsərrüfatı, turizm, dağ-mədən və metallurgiya sahələrinə dair üç dövlət proqramında da bu istiqamətlərin bir çoxu əhatə olunub.

Əlaqəli Xəbərlər