Menyu

Taleh Kazımov: Azərbaycanda xidmətlər ixracının genişləndirilməsi üçün böyük potensial var

Operativ Media
Taleh Kazımov: Azərbaycanda xidmətlər ixracının genişləndirilməsi üçün böyük potensial var
1 dəq oxu

Azərbaycanda xidmətlər ixracının genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Operativ Media xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, beynəlxalq təşkilatların hesablamalarına əsasən, Azərbaycanın xidmətlər ixracının ÜDM-ə nisbətini yuxarı-orta gəlirli ölkələrin göstəriciləri ilə müqayisədə artırmaq imkanları genişdir.

T.Kazımovun sözlərinə görə, bu istiqamətdə nəqliyyat və logistika, maliyyə xidmətləri, turizm, işgüzar xidmətlər, informasiya texnologiyaları və data mərkəzləri xüsusi əhəmiyyət daşıyır.

Mərkəzi Bankın sədri qeyd edib ki, xidmətlər ixracının genişləndirilməsi məqsədilə beynəlxalq təşkilatlarla birgə diaqnostika aparılır. Bu istiqamət aidiyyəti dövlət qurumlarının həyata keçirdiyi sahə siyasətləri ilə də əlaqələndirilir.

Əlaqəli Xəbərlər