Menyu

Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 2030-cu ildə 82 faizə çatacaq

Operativ Media
Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 2030-cu ildə 82 faizə çatacaq
1 dəq oxu

Azərbaycanda qeyri-neft-qaz sektorunun ümumi daxili məhsulda payının 2025-ci ildəki 71,5 faizdən 2030-cu ildə 82 faizə yüksələcəyi proqnozlaşdırılır.

Operativ Media xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, 2027–2030-cu illərdə orta illik iqtisadi artımın 3,3 faiz, qeyri-neft-qaz sektorunda isə 4,4 faiz olacağı gözlənilir.

T.Kazımovun sözlərinə görə, qeyri-neft-qaz sektorunun inkişafı ölkə iqtisadiyyatının şaxələndirilməsi və neft-qaz sektorundan asılılığın azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.

Əlaqəli Xəbərlər