Menyu

Mikayıl Cabbarov: Bu ilin 10 ayında ÜDM-in artımı bütövlükdə qeyri-neft-qaz sektoru hesabına təmin olunub

Operativ Media
Mikayıl Cabbarov: Bu ilin 10 ayında ÜDM-in artımı bütövlükdə qeyri-neft-qaz sektoru hesabına təmin olunub
1 dəq oxu

“Cari ilin 10 ayında ÜDM-in artımı bütövlükdə qeyri-neft-qaz sektoru hesabına təmin olunub”.

Operativ Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, son illərdə iqtisadiyyatın neft-qaz sektorundan asılılığı ardıcıl olaraq azalır.

Onun sözlərinə görə, bu proses Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf kursunun nəticəsidir. Qeyri-neft-qaz sektorunun ÜDM-də payının artması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Əlaqəli Xəbərlər