Menyu

Nazir: Gələn il təhsil və elm xərclərinə 5,4 mlrd. manat vəsait ayrılacaq

Operativ Media
Nazir: Gələn il təhsil və elm xərclərinə 5,4 mlrd. manat vəsait ayrılacaq
1 dəq oxu

2027-ci il üçün dövlət büdcəsində təhsil və elm xərcləri üçün büdcə xərclərinin 12,6 faizi həcmində və ya 5,4 mlrd. manat vəsait proqnozlaşdırılıb. Bu 2025-ci ilin icra göstəricisi ilə müqayisədə 538 mln. manat və ya 11,2 faiz çoxdur.

Operativ Media xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.

Nazir bildirib ki, ortamüddətli dövrdə, yəni 2023-2027-ci illərdə təhsil və elm xərcləri 1 mlrd. manat və ya 24 faiz artıb.

Əlaqəli Xəbərlər