Menyu

Taleh Kazımov: 2027-ci ildə Azərbaycanın ÜDM-i 2,7 faiz artacaq

Operativ Media
Taleh Kazımov: 2027-ci ildə Azərbaycanın ÜDM-i 2,7 faiz artacaq
1 dəq oxu

2027-ci ildə Azərbaycanda ümumi daxili məhsulun 2,7 faiz artacağı gözlənilir.

Operativ Media xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, qarşıdakı dövr üçün makroiqtisadi proqnozlar qlobal qeyri-müəyyənliklər nəzərə alınmaqla konservativ yanaşma əsasında hazırlanıb.

T.Kazımovun sözlərinə görə, 2027–2030-cu illərdə orta illik iqtisadi artımın 3,3 faiz, qeyri-neft-qaz sektorunda isə 4,4 faiz olacağı proqnozlaşdırılır.

O qeyd edib ki, proqnozlarda büdcə siyasətində son illərdə həyata keçirilən fiskal optimallaşdırma prinsipi əsas götürülüb. Bu yanaşma əsaslı xərclərin səmərəliliyinin artırılmasını, resurslardan qənaətlə istifadəni və daha az xərclə daha yüksək nəticə əldə edilməsini nəzərdə tutur.

Əlaqəli Xəbərlər