Menyu

Nazir: Qeyri-neft-qaz sektorunun büdcə gəlirlərində payı 55 faizi ötüb

Operativ Media
Nazir: Qeyri-neft-qaz sektorunun büdcə gəlirlərində payı 55 faizi ötüb
1 dəq oxu

Dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz daxilolmalarının payı 55 faizi ötüb.

Operativ Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Nazir qeyd edib ki, 2021-ci ildə dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz daxilolmalarının payı 49 faiz təşkil etdiyi halda, hazırda bu göstərici 55 faizi ötüb.

M.Cabbarovun sözlərinə görə, qeyri-neft-qaz sektoru üzrə büdcə daxilolmalarının 2021-ci ildəki 12,9 milyard manatdan 2026-cı ildə 22,2 milyard manata çatacağı proqnozlaşdırılır.

O, həmçinin qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının 13 faizdən çox artdığını bildirib.

Əlaqəli Xəbərlər