Menyu

Zaxarova: Ukraynada yerləşdiriləcək xarici qoşunlar qanuni hərbi hədəf olacaq

Operativ Media
Zaxarova: Ukraynada yerləşdiriləcək xarici qoşunlar qanuni hərbi hədəf olacaq
1 dəq oxu

Ukraynada yerləşdiriləcək istənilən xarici hərbi kontingent Rusiya Silahlı Qüvvələri üçün qanuni hərbi hədəf hesab olunacaq.

Operativ Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransanın Ukraynaya hərbçilər göndərməsi ilə bağlı məlumatları şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu məsələyə cavab olaraq görüləcək tədbirləri Rusiya Müdafiə Nazirliyi və Baş Qərargah müəyyənləşdirəcək.

“Prezident Vladimir Putinin də bildirdiyi kimi, Ukraynada yerləşdiriləcək xarici qoşunlar Rusiya hərbçiləri üçün qanuni hədəfə çevriləcək. Ümid edirik ki, Paris bunu anlayır”, – Zaxarova vurğulayıb.

Diplomat Fransanın RFI radiostansiyasının “Volonté” əməliyyatı çərçivəsində Fransa hərbçilərinin Ukraynada olması barədə yaydığı məlumatların Moskva üçün gözlənilməz olmadığını qeyd edib.

Zaxarova iddia edib ki, Rusiya daha əvvəl də Ukraynada Qərb ölkələrindən, o cümlədən Fransadan olan hərbi mütəxəssislərin, təlimatçıların və muzdluların fəaliyyət göstərdiyini bildirib.

O, həmçinin Rusiya Xarici Kəşfiyyat Xidmətinin 2025-ci ilin oktyabrında Fransanın Ukraynaya hərbi kontingent göndərmək planları barədə məlumat yaydığını xatırladıb. Zaxarovanın sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makron da belə bir addımın mümkünlüyü barədə dəfələrlə danışıb.

Rusiya XİN-in nümayəndəsi Parisin ölkədəki sosial-iqtisadi problemlər və etirazlar fonunda Ukrayna münaqişəsində iştirakını genişləndirmək niyyətini də tənqid edib.

Qeyd edək ki, Fransa hərbçilərinin Ukraynada yerləşdirilməsi ilə bağlı iddialar müstəqil şəkildə təsdiqlənməyib.

Əlaqəli Xəbərlər