Menyu

Kadi Borqes mövsümü erkən bitirə bilər

Əziz Əzizli
Kadi Borqes mövsümü erkən bitirə bilər

"Krasnodar”ın yarımmüdafiəçisi Kadi Borgesin vəziyyəti ürəkaçan deyil.

"Operativ Media" xəbər verir ki, “Qarabağ”ın sabiq futbolçusunun nümayəndəsi Helsio Alisk braziliyalının vəziyyəti barədə danışıb.

O, dünən “Spartak”la matçda beyni silkələnən oyunçu haqda deyib: “Mən Kadinin həyat yoldaşı ilə danışdım. O, futbolçunun hazırda xəstəxanada həkimlərin nəzarətində olduğunu deyir. Ən əsası odur ki, Kadinin şüuru özündədir. Lakin zədəsinin xarakteri hələ məlum deyil”.

Rusiya mətbuatında yazılana görə 27 yaşlı oyunçuya göz yuvasının xarici aşağı divarının qapalı sınığı ilə yerdəyişməsi, sağ üst çənəsinin arxa divarının qapalı sınığı, sağ ziqomatik qövsün sınığı, eləcə də sağtərəfli üst çənənin sınığı diaqnozu qoyulub.

“Matç TV”nin məlumatına görə, braziliyalı bu mövsümün bütün matçlarını buraxmaq riski daşıyır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər