Menyu

Prezident Oman Sultanına təbrik məktubu ünvanlayıb

Operativ Media
Prezident Oman Sultanına təbrik məktubu ünvanlayıb
1 dəq oxu

Azərbaycan Prezidenti İlham Əliyev Omanın Sultanı Əlahəzrət Heytəm bin Tariq Al Səidə təbrik məktubu ünvanlayıb.

Operativ Media xəbər verir ki, təbrik məktubunda deyilir:

"Oman Sultanlığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, dost Oman xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Əlaqəli Xəbərlər