Menyu

Azərbaycanda peşə təhsili alanların sayı 4 ildə 47 faiz artıb

Operativ Media
Azərbaycanda peşə təhsili alanların sayı 4 ildə 47 faiz artıb
1 dəq oxu

Azərbaycanda peşə təhsilinə maraq son illərdə əhəmiyyətli dərəcədə artıb. 2022-ci illə müqayisədə 2026-cı ildə peşə təhsili alanların sayı 47 faiz, bu sahədə təhsil almaq üçün müraciət edənlərin sayı isə 77 faiz yüksəlib.

Operativ Media Peşə Təhsili üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, 2022-ci ildə ölkədə peşə təhsili alanların sayı 19 min nəfər olub. 2026-cı ildə bu göstərici 47 faiz artaraq 28 min nəfərə çatıb.

Peşə təhsili almaq istəyənlərin sayında da nəzərəçarpan artım qeydə alınıb. Belə ki, 2022-ci ildə bu məqsədlə 29 min nəfər müraciət etmişdisə, 2026-cı ildə müraciətlərin sayı 77 faiz artaraq 52 min nəfər olub.

Əlaqəli Xəbərlər