Menyu

Ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən sürücülər üçün imtahana qeydiyyat elan olunur

Operativ Media
Ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən sürücülər üçün imtahana qeydiyyat elan olunur
1 dəq oxu

Dekabrın 13-də ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən sürücülərin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi məqsədilə imtahanlar keçiriləcək.

Bu barədə Operativ Meda-ya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

İmtahanda iştirak etmək istəyən hazırlıq keçmiş şəxslər ilk növbədə DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalıdırlar. İmtahan iştirakçıları noyabrın 18-dən 30-dək “Aktual elektron imtahanlara qeydiyyat, buraxılış vərəqəsi və nəticələrin çapı" platformasına daxil olaraq müvafiq xidməti seçməklə qeydiyyatdan keçməlidirlər. İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçən, lakin imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır. Test imtahanları DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 108) təşkil olunacaq. Ölkədaxili yükdaşımalarını həyata keçirən sürücülərin imtahanı, həmçinin DİM-in Gəncə və Bərdə Regional bölmələrində də kompüterlər vasitəsilə keçiriləcək. Namizədlər imtahana buraxılış vərəqəsini qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3-4 gün qalmış “Aktual elektron imtahanlara qeydiyyat və buraxılış vərəqələrinin çapı” xidməti vasitəsilə əldə edə bilərlər.

Əlaqəli Xəbərlər