Menyu

Abşeronda nəqliyyat vasitələrindən oğurluq edən şəxs saxlanılıb

Operativ Media
Abşeronda nəqliyyat vasitələrindən oğurluq edən şəxs saxlanılıb
1 dəq oxu

Abşeron rayonunda yük avtomobillərindən ümumi dəyəri 10320 manat olan naqil və akkumulyator oğurlanıb.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Polisə daxil olmuş məlumat əsasında keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş P.Allahverdiyev müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, o, rayonun müxtəlif yerlərində nəqliyyat vasitələrindən oğurluq əməlini törədib. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər