Menyu

Azərbaycan idmançıları muaytay üzrə dünya çempionatında üç medal qazanıblar

Operativ Media
Azərbaycan idmançıları muaytay üzrə dünya çempionatında üç medal qazanıblar
1 dəq oxu

Yunanıstanın Olimpiya şəhərində keçirilən muaytay üzrə gənclər arasında dünya çempionatında Azərbaycan idmançıları üç medal qazanıblar.

Gənclər və İdman Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, yarışda Əli Cəfərli (U-16, 71 kiloqram) qızıl medala layiq görülüb.

Əfəndi Əfəndiyev (U-18, 51 kiloqram) və Sedat Əliyev (U-18, 57 kiloqram) isə dünya çempionatının gümüş medallarını qazanıblar.

Əlaqəli Xəbərlər