Menyu

Özbəkistan, Oman və İran xarici işlər nazirləri Maskatda danışıqlar aparıblar

Şəfa Hüseynli
Özbəkistan, Oman və İran xarici işlər nazirləri Maskatda danışıqlar aparıblar
1 dəq oxu

Məskatda Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov, Oman Sultanlığının xarici işlər naziri Seyid Bədr bin Həməd Əlbusaidi və İran xarici işlər naziri Abbas Əraqçi arasında üçtərəfli görüş keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə Özbəkistan mediası məlumat yayıb.

Danışıqlar zamanı tərəflər ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat və logistika sahəsində əməkdaşlığın gücləndirilməsi və mövcud tranzit potensialından səmərəli istifadə yollarını müzakirə ediblər.

Tərəflər həmçinin regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar, mövcud gərginliyin diplomatik vasitələrlə həll edilməsinin və tərəflər arasında dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Regionda sülhün, sabitliyin və inkişafın təşviqi üçün praktiki əməkdaşlığın genişləndirilməsinin, mövcud imkanların açılmasının və birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Əlaqəli Xəbərlər