Menyu

“Real” Arda Gülərlə yeni müqavilə imzalayıb

Operativ Media
“Real”  Arda Gülərlə yeni müqavilə imzalayıb
1 dəq oxu

“Real” Türkiyə millisinin futbolçusu Arda Gülərlə yeni müqavilə imzalayıb.

Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Madrid təmsilçisi 21 yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddətini 2032-ci ilin yayına qədər uzadıb.

Yeni müqavilə ilə Ardanın maaşı da artırılıb.

Ardanın əvvəlki müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədə idi.

Qeyd edək ki, Arda Gülər 2023-cü ildə “Fənərbaxça”dan “Real”a keçib.

Əlaqəli Xəbərlər