PSJ futbolçusu Lionel Messi ilə yollarını ayırmağa hazırlaşır.
"Operativ Media" xəbər verir ki, Paris təmsilçisi argentinalı hücumçu ilə mövsümün sonunda müddəti bitən müqaviləni uzatmayacaq. Bu barədə "Mirror" nəşri məlumat yayıb.
PSJ 36 yaşlı futbolçuya yüksək məbləğdə məvacib ödəmək istəmir. Klub argentinalıya xərclənən pulu gənclərə sərf etməyi düşünür.
Messinin yayda "Barselona"ya qayıdacağı gözlənilir.






