Menyu

İtaliya XİN başçısı: İtaliya Azərbaycan-Ermənistan sülh prosesini və bərpa işlərini dəstəkləyir

Nərmin Qocamanlı
İtaliya XİN başçısı: İtaliya Azərbaycan-Ermənistan sülh prosesini və bərpa işlərini dəstəkləyir
1 dəq oxu

İtaliya Azərbaycan-Ermənistan arasında sülh prosesini, eləcə də münaqişədən zərər çəkmiş ərazilərin bərpası və inkişafını dəstəkləyir.

Operativ Media xəbər verir ki, bunu İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

O, Azərbaycan və Ermənistan arasında sülh istiqamətində əldə olunan irəliləyişləri regionda sabitlik baxımından müsbət qiymətləndirib. Tayani münaqişədən zərər çəkmiş ərazilərin inkişafı, mülki əhalinin təhlükəsizliyinin təmin olunması və həmin bölgələrdə investisiyaların təşviqi istiqamətində əməkdaşlığa hazır olduqlarını vurğulayıb.

O, İranı tərk edən İtaliya vətəndaşlarının Azərbaycandan təhlükəsiz tranzitinə şərait yaradılmasına, eləcə də Tehrandakı İtaliya səfirliyinin rəhbərliyinə və əməkdaşlarına göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib.

Əlaqəli Xəbərlər