Menyu

Antonio Tayani: İtaliya Azərbaycanda müxtəlif sektorlara investisiya yatırmaqda maraqlıdır

Nərmin Qocamanlı
Antonio Tayani: İtaliya Azərbaycanda müxtəlif sektorlara investisiya yatırmaqda maraqlıdır
1 dəq oxu

İtaliya Azərbaycanla iqtisadi və ticarət əlaqələrini genişləndirmək, ölkəmizdə müxtəlif sektorlara investisiya yatırmaqda maraqlıdır.

Operativ Media xəbər verir ki, bunu İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Azərbaycanla əməkdaşlıqdan danışarkən bildirib.

O qeyd edib ki, Azərbaycan İtaliya üçün ixrac bazarlarının şaxələndirilməsi baxımından əhəmiyyətli ölkələrdən biridir. Bu səbəbdən İtaliya Azərbaycanla siyasi və iqtisadi əməkdaşlığın inkişafına xüsusi önəm verir.

Nazir Bakıda keçirilən biznes forumunun İtaliya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərmək və investisiya imkanlarını genişləndirmək marağını nümayiş etdirdiyini bildirib.

Tayani enerji, sənaye, dizayn, mebel istehsalı və digər sahələrdə əməkdaşlığın perspektivlərini vurğulayaraq, Azərbaycan-İtaliya əlaqələrinin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Əlaqəli Xəbərlər