Menyu

İtaliya Azərbaycana yüksək texnologiyalar və dəmir yolu infrastrukturu üzrə təcrübəsini təqdim edə bilər

Nərmin Qocamanlı
İtaliya Azərbaycana yüksək texnologiyalar və dəmir yolu infrastrukturu üzrə təcrübəsini təqdim edə bilər
1 dəq oxu

İtaliya Azərbaycanla dəmir yolu, kosmik sənaye, yüksək texnologiyalar, süni intellekt və dizayn sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Operativ Media xəbər verir ki, bunu İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Azərbaycanla birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Bu istiqamətlərə sualtı kabellər, yüksək texnologiyalar, süni intellekt, kritik xammal, dəmir yolu infrastrukturu və digər sahələr daxildir.

Tayani İtaliyanın istehsal və məhsul çeşidliliyi baxımından geniş imkanlara malik olduğunu vurğulayaraq, bu təcrübənin Azərbaycanla əməkdaşlıq çərçivəsində paylaşılmasının əhəmiyyətini qeyd edib.

Onun sözlərinə görə, İtaliya Azərbaycana yalnız məhsullar deyil, həm də istehsal təcrübəsi, texnologiya, bilik və dizayn sahəsində imkanlar təqdim edə bilər.

Əlaqəli Xəbərlər