Murad Musayev 50-ə çatdı

Əziz Əzizli
Murad Musayev 50-ə çatdı

Azərbaycan Premyer Liqasında 31-ci tura yekun vurulub.

"Operativ Media" xəbər verir ki, “Sabah” bu turda səfərdə “Turan Tovuz”la qarşılaşıb. Tovuz şəhər stadionunda keçirilən və "futuristlər"in 2:0 hesablı qələbəsi ilə nəticələnən matç baş məşqçi Murad Musayev üçün əlamətdar olub.

Belə ki, Musayev bu qarşılaşmada “Sabah”ın “sükanı arxasında” Premyer Liqada 50-ci görüşünü keçirib.

"Sabah" rusiyalı mütəxəssisin rəhbərliyi altında yüksək liqada 32 qələbə qazanıb (9 heç-heçə, 9 məğlubiyyət).

Digər xəbərlər