Menyu

Azərbaycan və Çinin TBEA şirkəti yaşıl enerji əməkdaşlığını müzakirə edib

Operativ Media
Azərbaycan və Çinin TBEA şirkəti yaşıl enerji əməkdaşlığını müzakirə edib
1 dəq oxu

"Çindaoda TBEA şirkətinin vitse-prezidenti Zheng Yan ilə elektrienerjisi infrastrukturu, HVDC texnologiyaları, enerji avadanlıqları|nın istehsalı və yaşıl enerji sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etdik".

Operativ Media xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov sosial media hesabında yazıb.

"Şirkətin Azərbaycanda innovativ enerji həlləri|nin tətbiqi, eləcə də su elektrikstansiyaları layihələrinin həyata keçirilməsində iştirak imkanlarını dəyərləndirdik", - paylaşımda qeyd edilib.

Əlaqəli Xəbərlər