Menyu

Azərbaycan və Litva iqtisadi və ticarət əlaqələrini genişləndirməyi müzakirə edib

Nərmin Qocamanlı
Azərbaycan və Litva iqtisadi və ticarət əlaqələrini genişləndirməyi müzakirə edib
1 dəq oxu

Azərbaycan və Litva iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, investisiya imkanları, enerji, sənaye, kənd təsərrüfatı, İKT, kibertəhlükəsizlik və innovasiya sahələrində əməkdaşlığın inkişafını müzakirə edib.

Operativ Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Kestutis Budris ilə birgə mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, görüşdə Litva şirkətlərinin Azərbaycanın sənaye parklarında və Ələt Azad İqtisadi Zonasında fəaliyyət imkanları da nəzərdən keçirilib.

Bundan əlavə, humanitar, təhsil və mədəni əlaqələr, turizmin təşviqi, xalqlar arasında təmasların genişləndirilməsi məsələlərinə toxunulub.

Əlaqəli Xəbərlər