"Sabah"ın qapıçısı Çempionlar Liqasında zirvəyə yüksəlib
UEFA Çempionlar Liqasının Liqa mərhələsində 5 turun ardından qapıçıların fərdi statistikası müəyyənləşib.
Operativ Media xəbər verir ki, “Sabah”ın formasını geyinən Stas Pokatilov 5 turdan sonra ən çox seyv edən qapıçılar arasında ilk pillədə yer alıb.
Qazaxıstanlı qolkiper V turun “Barselona” ilə qarşılaşmasında 9 zərbənin qarşısını alaraq komandasının qapısını qorumağa çalışıb. Matç 1:4 hesabı ilə başa çatsa da, Pokatilov ümumi göstəricisini 31-ə çatdıraraq turnirin ən çox seyv edən qapıçısı olub.
O, bu göstəricidə ən yaxın izləyicisi Yan Sommeri 3 qurtarış qabaqlayır.
Çempionlar Liqasında 5 turdan sonra ən çox seyv edən qapıçılar:
Stas Pokatilov (“Sabah”) – 31
Yan Sommer (“Brügge”) – 28
Dioqu Koşta (“Portu”) – 26
Dominik Takaç (“Slovan”) – 24
Tyark Ernst (“Feyenoord”) – 20
Zayon Suzuki (“Aston Villa”) – 20