Menyu

Kobaxidze: Azərbaycanla mövqelərimizin uzlaşdırılmasına ehtiyac duyulan məsələlər var

Operativ Media
Kobaxidze: Azərbaycanla mövqelərimizin uzlaşdırılmasına ehtiyac duyulan məsələlər var
1 dəq oxu

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanla münasibətlərdə bəzi məsələlər üzrə mövqelərin uzlaşdırılmasına ehtiyac olduğunu bildirib.

Operativ Media xarici mətbuata istinadən xəbər verir ki, o, bu barədə “Açıq efir” verilişində danışıb.

Baş nazir qeyd edib ki, Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq, dostluq və mehriban qonşuluq münasibətləri mövcuddur. Bununla yanaşı, tərəflərin ortaq mövqeyə malik olmadığı məsələlərin də olduğunu vurğulayıb.

Kobaxidzenin sözlərinə görə, həmin məsələlərdən biri David Qareci (Keşikçidağ) monastır kompleksi ilə bağlıdır.

O bildirib ki, bu məsələdə əvvəlki hakimiyyətdən ağır miras qalıb. Baş nazir keçmiş prezident Mixeil Saakaşvilinin kompleks ərazisindəki strateji yüksəkliklərin Azərbaycana məxsus olması barədə açıqlamasını xatırladaraq, burada Çiçxiturinin nəzərdə tutulduğunu deyib.

Kobaxidze vurğulayıb ki, Gürcüstanın bu məsələdə prinsipial mövqeyi var, lakin problemin həlli üçün danışıqlar aparılmalıdır.

Baş nazir Qurmux məbədində ibadətin bərpasına da toxunub. O qeyd edib ki, məbəddə ibadət ilk dəfə hazırkı hakimiyyət dövründə keçirilib.

Kobaxidze bildirib ki, bu məsələ ilə bağlı müəyyən anlaşılmazlıqlar olsa da, Gürcüstan tərəfi Azərbaycanla müzakirələri davam etdirir və yekunda hər iki ölkənin maraqlarına uyğun razılığın əldə olunacağına ümid edir.

Əlaqəli Xəbərlər