Menyu

NATO təyyarəsi Kalininqrad yaxınlığında 5 saat uçub

Operativ Media
NATO təyyarəsi Kalininqrad yaxınlığında 5 saat uçub
1 dəq oxu

ABŞ-da qeydiyyatdan keçmiş NATO kəşfiyyat təyyarəsi şənbə günü Rusiyanın Kalininqrad vilayəti yaxınlığında təxminən beş saat uçuş həyata keçirib.

Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, hava hərəkətinə nəzarət xidmətlərindəki mənbənin məlumatına görə, Bombardier ARTEMIS II təyyarəsi Polşa və Litvanın hava məkanından, eləcə də Baltik dənizinin neytral suları üzərindəki hava sektorlarından istifadə edərək dövrəvi uçuşlar həyata keçirib.

Mənbə bildirib ki, Rumıniyanın Konstansa şəhərində daimi yerləşən aerodromdan havaya qalxan təyyarə, bir qayda olaraq, yalnız iş günləri uçuşlar həyata keçirir. Lakin son vaxtlar onun həftəsonları da bölgədə görünməsi halları artıb.

Məlumata görə, Bombardier ARTEMIS II bu ilin əvvəlindən Kalininqrad vilayəti yaxınlığında 70-dən çox dəfə qeydə alınıb. Təyyarə, həmçinin Baltikyanı ölkələrin mərkəzi hissələri, Finlandiya körfəzi, Qara dənizin cənubu və Aralıq dənizi üzərində də kəşfiyyat uçuşları həyata keçirir.

Əlaqəli Xəbərlər