Menyu

Çin orbitə dörd peyk çıxarıb

Operativ Media
Çin orbitə dörd peyk çıxarıb
1 dəq oxu

Çin "Changzheng-6C" daşıyıcı raketi vasitəsilə dörd peyki uğurla orbitə çıxarıb.

Operativ Media xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası məlumat yayıb.

Korporasiyanın məlumatına görə, "CZ-6C" Pekin vaxtı ilə saat 11:53-də Şansi əyalətindəki "Tayyuan" kosmodromundan uğurla start götürüb və dörd peyki müəyyən edilmiş orbitə çıxarıb.

Orbitə çıxarılan aparatlar arasında kosmik bulud texnologiyalarının sınaqdan keçirilməsi üçün iki peyk, eləcə də "Zhongke-12" və "Zhongke-13" var.

Əlaqəli Xəbərlər