Menyu

Rusiya Ukraynanın bir sıra obyektlərinə zərbə endirib

Operativ Media
Rusiya Ukraynanın bir sıra obyektlərinə zərbə endirib
1 dəq oxu

Rusiya Silahlı Qüvvələri gecə saatlarında pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynaya məxsus sənaye müəssisələrinə, logistika və nəqliyyat obyektlərinə zərbələr endirib.

Operativ Media verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, zərbələr nəticəsində Poltava vilayətinin Kremençuq şəhərində "JTI Ukraine" tütün fabrikinin sexləri vurulub. 

Bundan başqa, Sumı vilayətinin Şostka şəhərində böyük və orta mənzilli PUA anbarı, Odessada isə hərbi təyinatlı yüklərin saxlanması və paylanması üçün istifadə olunduğu qeyd edilən "Mirs" logistika mərkəzi hədəfə alınıb.

Həmçinin Zaporojye şəhərində Dnepr çayı üzərində yerləşən və Donbasdakı döyüş zonasına hərbi yüklərin daşındığı "Preobrajenski" avtomobil-dəmiryol körpüsünə zərbə endirildiyi açıqlanıb. Qara dəniz akvatoriyasında, Odessadan 93 kilometr cənub-qərbdə isə Ukrayna ordusu üçün ikili təyinatlı yüklər daşıdığı bildirilən quru yük gəmisi vurulub.

Əlaqəli Xəbərlər