Menyu

Siyəzəndə su kanalında batan 13 yaşlı uşağın meyiti tapılıb

Operativ Media
Siyəzəndə su kanalında batan 13 yaşlı uşağın meyiti tapılıb
1 dəq oxu

Siyəzən rayonunda su kanalında batan 13 yaşlı uşağın meyiti tapılıb.

Operativ Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə “Taxtakörpü-Ceyranbatan” su kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində bir nəfərin suda batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.

Axtarışlar nəticəsində 2013-cü il təvəllüdlü Siyəzən rayon sakini Hüseyn Ceyhun oğlu Allahverdiyevin meyiti batdığı yerdən 10 kilometr aralıda sudan çıxarılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Əlaqəli Xəbərlər