Menyu

Rusiyanın 4 hava limanında məhdudiyyətlər tətbiq edilib

Operativ Media
Rusiyanın 4 hava limanında məhdudiyyətlər tətbiq edilib
1 dəq oxu

Rusiyanın Kazan, Samara, Ulyanovsk və Çeboksarı hava limanlarında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Operativ Media xəbər verir ki, məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq olunub.

“Kazan, Samara (Kurumoç), Ulyanovsk (Baratayevka) və Çeboksarı hava limanlarında hava gəmilərinin qəbulu və buraxılışına müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək üçün zəruridir", - deyə Federal Hava Nəqliyyatı Agentliyinin məlumatında bildirilir.

Əlaqəli Xəbərlər