Menyu

Kiberhücum Britaniyada pensiya və müavinət xidmətlərini dayandırıb

Nicat Hüseynli
Kiberhücum Britaniyada pensiya və müavinət xidmətlərini dayandırıb
1 dəq oxu

Böyük Britaniyada baş verən kiberhücum nəticəsində pensiya məlumatları və müavinət müraciətləri üzrə bəzi onlayn xidmətlər dayandırılıb.

Operativ Media xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Məlumata görə, Əmək və Pensiyalar Departamenti şübhəli aktivlik aşkar etdikdən sonra bir sıra sistemləri söndürüb.

Hökumətin keçmiş texnologiya rəhbəri Devid Nott hücumun məqsədyönlü ola biləcəyini bildirib və köhnəlmiş dövlət infrastrukturunun yaratdığı risklər barədə xəbərdarlıq edib.

Əlaqəli Xəbərlər