Menyu

İranda spirtli içkidən 32 nəfər ölüb

Operativ Media
İranda spirtli içkidən 32 nəfər ölüb
1 dəq oxu

İranda son 10 gündə saxta spirtli içkidən 466 nəfər zəhərlənib, onlardan 32-si ölüb.

Operativ Media xəbər verir ki, bu barədə məlumatı İran Hüquq-Mühafizə Qüvvələrinin sözçüsü Səid Müntəzərül-Mehdi paylaşıb.

"Son 10 gün ərzində ölkənin beş əyalətində spirtli içkilərin qəbulu nəticəsində 466 nəfər zəhərlənib, onlardan 32 nəfəri həyatını itirib", - sözçü bildirib.

Onun sözlərinə görə, ötən 8 ay ərzində 4,5 milyon litrdən çox kustar üsulla hazırlanmış spirtli içki aşkar edilib, onların hazırlanması və paylanması cinayətləri ilə əlaqədar 41 mindən çox şəxs həbs olunub.

Əlaqəli Xəbərlər