"Mançester Siti" lideri məğlub etdi

Əziz Əzizli
"Mançester Siti" lideri məğlub etdi

İngiltərə Premyer Liqasında 33-ci turun oyunları keçirilir.

"Operativ Media" xəbər verir ki, lider "Arsenal" səfərdə "Mançester Siti" klubunun qonağı olub. 5 qolun vurulduğu matçda ev sahibi komanda 4-1 hesablı qələbəyə sevinib.

Bu qələbədən sonra xallarının sayını 73-ə çatdıran "Mançester Siti" "Arsenal"dan 2 xal geri qalır.

Qeyd edək ki, Mançester şəhər təmsilçisi liderdən 2 oyun az keçirib.

Digər xəbərlər