Alesandro Qarnaço Mançester Yunayted ilə müqaviləsini uzatdı.
"Operativ Media" xəbər verir ki, futbolçu ilə klub arasında 2028-ci ilin iyununa qədər qüvvədə olan yeni uzunmüddətli müqavilə imzalanıb. Qarnaço yeni muqavilə haqqında danışıb.
“Mən bu inanılmaz kluba qoşulanda debütümü əldə etməyi, "Old Trafford"da oynamağı, ilk qolu vurmağı və sinəmdəki bu nişanla kuboklar qazanmağı xəyal edirdim. Hər addımımda mənə dəstək olan ailəmlə birlikdə bu anları yaşamış olduğum üçün çox qürurlu və emosional hiss edirəm”.






