29 Aprel 2023, 09:47
Araz Abdullayev yenə qalmaqala qarışıb - VİDEO

Futbol üzrə yığma komandamızın sabiq üzvü Araz Abdullayev xoşagəlməz hadisəyə qarışıb.
"Operativ Media" xəbər verir ki, Abdullayevin ötən gecə yayılan videosunda o kimsəsiz uşağı təhqir edir və vurur. Hadisənin harda və hansı səbəbdən baş verdiyi məlum deyil. Məlum olan odur ki, bir zamanlar Azərbaycan futbolunun ulduzu olan Araz futboldan başqa hər şeylə məşğuldur.
Düzdür, daha sonra o öz instagram səhifəsində həmin uşaqla şəkil çəkdirərək, hətta ona forma hədiyyə edərək hər şeyin yoluna qoyulduğunu yazıb, amma təbii ki, bu nəyisə dəyişmir.