30 Aprel 2023, 17:17
“Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibi: “Ferstappenin təzyiqinə dözməli oldum”
“Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibi: “Ferstappenin təzyiqinə dözməli oldum” şəkil
“Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibi: “Ferstappenin təzyiqinə dözməli oldum”

“Yarış çətin keçdi, Ferstappenin təzyiqinə dözməli oldum”.

“Operativ Media” xəbər verir ki, bunu “Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibi olan “Red Bull” komandasının pilotu Serxio Peres deyib.

Meksikalı sürücü komanda yoldaşı Maks Ferstappenlə birlikdə yaxşı çıxış etdiklərini bildirib.

O, 2021-ci ildə olduğu kimi, Bakı trekində yenə finişə birinci çatmasına da münasibət bildirib: “Bakıda iki qələbə? Əslində iki yarım. Təhlükəsizlik maşını çıxanda liderliyi ələ keçirə bildik. Bu gün ikimiz də yaxşı sürət yığdıq, hətta bir-iki dəfə divara toxunduq. Maks mənə, həqiqətən də, çətin anlar yaşatdı. Ancaq hər şeyi nəzarətdə saxlamağı bacardım”.

Qeyd edək ki, bu, Serxio Peresin cari mövsüm ikinci uğurudur. O, Səudiyyə Ərəbistanı Qran-prisində də birinci olub.

Son xəbərlər
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
Bu gün Azərbaycanda 13 mindən çox ağac əkilib
Azərbaycan cüdoçuları beynəlxalq turnirdə iştirak edəcək
Qar uçqununa düşən hərbçilərin nəşləri tapılıb
21 Mart Türkiyədə Bahar və qardaşlıq bayramı elan ediləcək
Fernandu Santuş: "Sabahkı matç bizim üçün çox vacibdir"
Bəhlul Mustafazadə: "Bizim üçün önəmli olan düzgün oynamaq və qalib gəlməkdir"
Aİ-nin xüsusi nümayəndəsi: Azərbaycan və Ermənistanla danışıqlar əhəmiyyətlidir
21 Mart 2025, 16:48