01 May 2023, 07:31
Kristiano Ronaldo ayrılıq dedi-qodularına foto ilə cavab verdi

Portuqaliya millisinin və "Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo öz İnstaqram hesabında yeni paylaşım edib.
"Operativ Media" xəbər verir ki, o, sevgilisi Corcina Rodriqezlə fotosunu izləyiciləri ilə bölüşüb. 38 yaşlı hücumçu paylaşımını belə şərh edib: "Eşqin şərəfinə".
Ronaldo bununla da Corcinadan ayrılmağa yaxın olduğu barədə yayılan məlumatları təkzib edib.
Qeyd edək ki, daha əvvəl forvardın modelin çox pul xərcləməsindən bezdiyi, buna görə də cütlüyün arasında münasibətlərin pisləşdiyi haqda xəbərlər yazılmışdı. Ronaldonun beş övladından ikisinin anası Corcinadır.