Azərbaycan PL: "Qəbələ" "Səbail"i, "Zirə" "Turan Tovuz"u qəbul edəcək
Əziz Əzizli
Bu gün Azərbaycan Premyer Liqasında XXXII turun növbəti oyunları keçiriləcək.
"Operativ Media" xəbər verir ki, günün ilk oyunu Qəbələdə baş tutacaq. Autsayder "Səbail" burada yerli komandanın qonağı olacaq. Oyuna saat 17:30-da start veriləcək.
Günün digər matçı Zirədə olacaq. Rəşad Sadıqovun rəhbərlik etdiyi "Zirə" azarkeşləri önündə "Turan Tovuz"u sınağa çəkəcək. Oyun saat 20:00-da başlayacaq.
Azərbaycan Premyer Liqası
XXXII tur
1 may
17:30 “Qəbələ” – “Səbail”
Qəbələ şəhər stadionu
Əvvəlki oyunlar: 2:1, 2:1, 2:2
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Şirmamed Mamedov, Kamranbəy Rəhimov