"Dinamo Zaqreb" Xorvatiya çempionu oldu
Əziz Əzizli
"Dinamo" Xorvatiya çempionatının qalibi olub.
"Operativ Media" xəbər verir ki, XXXII turda səfərdə "Hayduk"la heç-heçə edən komanda sona 4 tur qalmış qızıl medalları təmin edib.
Aktivində 71 xal olan Zaqreb təmsilçisi ən yaxın izləyicisi "Hayduk"u 12 xal qabaqlayır.
"Dinamo" ardıcıl 6-cı, ümumilikdə isə 24-cü dəfə Xorvatiya çempionu olub.
Azərbaycan millisinin hücumçusu Mahir Emreli müqavilə ilə "Dinamo"ya məxsusdur. O, hazırda icarə əsasında Türkiyənin "Konyaspor" klubunda çıxış edir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net