İsveçrə çempionatının qalibi müəyyənləşdi
Əziz Əzizli
"Yanq Boyz” İsveçrə çempionatının 2022/23 mövsümünün qalibi olub.
"Operativ Media" xəbər verir ki, Rafael Vikkinin komandası 31-ci turda “Lüsern”i məğlub edərək (5:1) xallarının sayını 64-ə çatdırıb. “Yanq Boyz” sona 5 tur qalmış ən yaxın izləyicisi "Luqano"nu 18 xal qabaqlayıb. Bununla da “Yanq Boyz” çempionluğu rəsmiləşdirib.
Bern klubu tarixində 16-cı, son 6 ildə isə 5-ci dəfə bu yarışın qalibi olub.
Qeyd edək ki, millimizin üzvü Renat Dadaşov da İsveçrə çempionatında çıxış edir. Onun komandası "Qrasshopper" 40 xalla 6-cı sıraradadır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net