"Qarabağ" Premyer Liqanın XXXII turunda bu gün "Neftçi"nin qonağı olacaq.
"Operativ Media" xəbər verir ki, "atlılar" sözügedən səfər oyununa ciddi itkilərlə çıxacaq.
Premyer Liqanın bombardiri Musa Qurbanlı sarı vərəqə limitinə görə görüşü buraxacaq. Alban futbolçu Redon Cica isə zədə səbəbindən oyunda iştirak etməyəcək.
Yanvarda təlim-məşq toplanışında ciddi xəsarət alan və əməliyyat edilən Abbas Hüseynov da derbidə olmayacaq.
Oyun saat 20:00-da başlayacaq.






