"Sabah" - "Beşiktaş" oyununun tarixi məlum oldu
Əziz Əzizli
“Sabah” – “Beşiktaş” oyununun tarixi məlum olub.
"Operativ Media" xəbər verir ki, uzun müddətdir danışıqların getdiyi xeyriyyə matçı mayın 13-də keçiriləcək.
Oyunun harada keçirilməsi ilə bağlı iki variant var – Tofiq Bəhramov adına stadion və Bakı Olimpiya Stadionu. Böyük ehtimalla “Qarabağ” – “Qalatasaray” görüşü kimi bu qarşılaşma da BOS-a salına bilər.
Sadəcə bir məsələ var ki, “Sabah” mayın 14-də Azərbaycan Premyer Liqasının 34-cü turu çərçivəsində “Sumqayıt”la səfərdə qarşılaşmalıdır. Yəqin ki, Peşəkar Futbol Liqası həmin oyunun tarixini dəyişəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net