Menyu

Sambo Federasiyasının prezidenti hadisə haqqında danışıb

Əziz Əzizli
Sambo Federasiyasının prezidenti hadisə haqqında danışıb
1 dəq oxu

Sambo federasiyası rəhbərliyinin uşağın ölümündə ittiham edilən samboçu Mehman Xəlilovun nə ilə məşğul olduğundan xəbəri olmayıb.

“Mən onun məşqçi işlədiyini heç bilmirdim. Mənə təzəlikcə deyiblər”, - deyə Sambo federasiyasının prezidenti Ceyhun Məmmədov sputnik.az-a bildirib.

"Operativ Media" xəbər verir ki, sosial şəbəkələrdə Xəlilovun məşqindən olduğu deyilib yayılan videoya gəldikdə isə, federasiya rəhbəri bunu görüntülənən hərəkətləri pisləyib.

“Uşaqlarla bu cür rəftar etmək olmaz”, - deyə Məmmədov qeyd edib.

 Mehman Xəlilova qarşı məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

O, sambo üzrə Avropa çempionatlarının ikiqat bürünc medalçısı və Avropa oyunlarının mükafatçısıdır.

Əlaqəli Xəbərlər