02 May 2023, 23:01
Qurban Qurbanov: "Azarkeşlər futbolçularımıza çox kömək oldular"
Qurban Qurbanov: "Azarkeşlər futbolçularımıza çox kömək oldular" şəkil
Qurban Qurbanov: "Azarkeşlər futbolçularımıza çox kömək oldular"

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 32-ci turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

"Operativ Media" xəbər verir ki, o, 4:2 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlərin sayı, səsi futbolçularımıza çox kömək oldu. Oyun elə onlar üçün oldu. Qalib gəlməyi çox istəyirdik. Rəqib azlıqda qaldı, amma oyunun tempi aşağı düşmədi. “Neftçi” məğlub olmaq istəmirdi. Futbolçulara təşəkkür edirəm ki, bu cür baxımlı oyun keçirdilər. Qarşıdakı oyunlara hazırlaşacağıq.

Penalti epizodunda aqressiv deyildim. Suallarım var idi, onları soruşurdum. Hər xırda epizoda cərimə zərbəsi verilsə… Bundan öncə də hakimlərə fikrimi bildirmişəm. O qədər bəsit epizodlarda 5, 10 sarı vərəqə verildiyi olub. Hakimlər də deyir yeni qərarlar var. Bir şey deyə bilmirik.

Bizim uzun vaxtımız var idi. İdman formamızdan uzaqlaşa bilməzdik. Oyuna daha yaxşı hazırlaşmaq üçün bizə görə də uyğun oldu. Formula 1 yarışına görə matçın təxirə salınması normaldır".

Son xəbərlər
Tramp: "Çinlə potensial müharibəyə girmək istəmirik"
FİFA Meksika klubunu turnirdən kənarlaşdırdı
Tramp 6-cı nəsil döyüş təyyarəsini təqdim etdi
Türkiyə səfirliyi Gədəbəydə həlak olan əsgərlərlə bağlı başsağlığı verib
Haitinin hücumçusu: "Sabah qələbə qazanmaq istəyirik"
Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Hindistan səfiri ilə görüşüb
Si Cinpin Prezident İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib
Panamada güclü zəlzələ baş verib