02 İyun 2023, 16:00
Polşa Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Polşa Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb şəkil
Polşa Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Polşa Respublikasının Prezidenti Andjey Duda Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Operativ Media" xəbər verir ki, təbrikdə deyilir: 

"Hörmətli cənab Prezident!

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Polşa Respublikası adından və şəxsən öz adımdan Sizə, ölkənizə, bütün vətəndaşlarınıza səmimi-qəlbdən təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Polşa Respublikası ilə Azərbaycan Respublikasının dinamik inkişaf edən ikitərəfli əlaqələri ölkələrimiz arasında hörmətin, rəğbətin, əməkdaşlığa verilən əhəmiyyətin ən yaxşı ifadəsidir. Azərbaycan Polşa üçün Cənubi Qafqaz regionunda çox mühüm tərəfdaşdır və biz Azərbaycanla bir çox sahələrdə - iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyirik. Biz iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsində və ölkələrimizin yüksək iqtisadi potensialına uyğun səviyyəyə çatdırılmasında xüsusilə maraqlıyıq.

Hörmətli cənab Prezident, Sizə cansağlığı, firavanlıq, Azərbaycan Respublikasının bütün vətəndaşlarına sülh, əmin-amanlıq, ölkənizin hərtərəfli inkişafının möhkəmləndirilməsi üçün fəaliyyətinizdə uğurlar arzulayıram. Cənab Prezident, fürsətdən istifadə edərək, Sizin üçün əlverişli vaxtda Polşaya dəvətimi təkrarlayıram".

Son xəbərlər
Rəsmi Bakı Fransa XİN rəhbərinə cavab verib
Venesuelada iğtişaşlarda saxlanılan 2000-ə yaxın şəxs azad edilib
Belarusda prezident seçkilərində seçicilərin 41,81 faizi iştirak edib
Azərbaycanlı atıcı Leyli Əliyeva Münxendə bürünc medal qazanıb
Ermənistan hakimiyyəti ölkədə növbədənkənar seçkilər keçirməyi planlaşdırmır
Salyanda yük maşınının yanacaq çəni partlayıb
Braziliyada daşqınlar nəticəsində azı 96 nəfər ölüb
Azərbaycan PL: "Sumqayıt" "Sabah"la heç-heçə etdi