Azərbaycan və Hindistan arasında enerji əməkdaşlığı ətrafında fikir mübadiləsi aparıb

Nərmin Qocamanlı
Azərbaycan və Hindistan arasında enerji əməkdaşlığı ətrafında fikir mübadiləsi aparıb

Energetika naziri Pərviz Şahbazov Hindistanın Azərbaycandakı səfiri Sridharan Madhusudhananı qəbul edərək onunla enerji əməkdaşlığı ətrafında fikir mübadiləsi aparıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüşdə ölkəmizdə energetika sektorunda həyata keçirilən layihələr, bu sahənin inkişafı üzrə görülən işlər barədə məlumat verilib, iki ölkə arasında mövcud əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb, gələcək perspektivlər müzakirə olunub.

Digər xəbərlər