http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Azərbaycandan Çexiyaya məhsul ixracı 2,3 dəfədən çox artıb

22 İyun 2023 , 23:39
Azərbaycandan Çexiyaya məhsul ixracı 2,3 dəfədən çox artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanın Çexiya ilə ticarət dövriyyəsinin ümumi həcmi 237,5 milyon ABŞ dolları və ya 2,3 dəfədən çox artaraq 418,3 milyon dollar təşkil edib.

"Operativ Media" xəbər verir ki, "vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk beş ayında Azərbaycandan Çexiyaya 382,19 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 220,25 milyon dollar və ya 2,3 dəfədən çox üstələyir.

Çexiyadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 91,1 faiz və ya 17,2 milyon dollar artaraq 36,18 milyon dollar təşkil edib.

Cari ilin yanvar-may aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Çexiya ilə ticarətin payı 1,82 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 0,94 faiz bəndi çoxdur.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan – Pakistan işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan – Pakistan işçi qrupunun növbəti iclası keçirilib

“Dövlət satınalmaları haqqında” qanun sahibkara nə vəd edir?

“Dövlət satınalmaları haqqında” qanun sahibkara nə vəd edir?

Azərbaycan və Türkiyə enerji əməkdaşlığı gündəliyindəki məsələləri müzakirə edib

Azərbaycan və Türkiyə enerji əməkdaşlığı gündəliyindəki məsələləri müzakirə edib

XƏBƏR LENTİ
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
  • 19:59

    Rumıniyada 5,2 bal gücündə zəlzələ olub
Menyu