http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Daha bir gəmi-bərəsi əsaslı təmir olunub

23 İyun 2023 , 10:55
Daha bir gəmi-bərəsi əsaslı təmir olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Balakən” gəmi-bərəsi əsaslı təmir edilib.

ASCO-dan "Operativ Media"ya verilən məlumata görə, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda gəmi-bərənin baş və köməkçi mühərrikləri, nasos və soyuducuları əsaslı təmir edilib. Gəminin köməkçi buxar qazanında və köməkçi qazanında zəruri işlər yerinə yetirilib. Gəmi üzrə gövdə qaynaq, boruquraşdırma, avtomatika işləri görülüb, elektrik avadanlıqları təmir olunub, yeni kompressorlar quraşdırılıb.

Rabitə və elektroradionaviqasiya sahəsinə aid müasir, yeni tip “İnmarsat-C” peyk rabitə stansiyası, radiolokasiya cavabvericiləri, Avtomatik İdentifikasiya Sistemi (AİS), radiolokasiya stansiyaları quraşdırılıb.

Bundan başqa, gəmi-bərənin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir edilib, yeni mebellər quraşdırılıb.

“Balakən” gəmi-bərəsinin sualtı və suüstü hissəsi, baş göyərtəsi də obraziv qumla təmizlənərək rənglənib.

Təmirdən sonra gəmi üzrə dəniz-sınaq yoxlaması həyata keçirilib. Sınaq işləri uğurla başa çatıb.

Qeyd edək ki, uzunluğu 154,5 metr, eni isə 17 metr olan gəminin maksimal sürəti 13,9 uzeldir. Bərə göyərtəsinə 54 vaqon götürmək qabiliyyətindədir.

OXŞAR XƏBƏRLƏR
SOCAR, BP və “Azərbaycan İnvestisiya Şirkəti” arasında səhmdarlar sazişi imzalanıb

SOCAR, BP və “Azərbaycan İnvestisiya Şirkəti” arasında səhmdarlar sazişi imzalanıb

Cəbrayılda Günəş Elektrik Stansiyasının tikilməsi məqsədilə müqavilə imzalanıb

Cəbrayılda Günəş Elektrik Stansiyasının tikilməsi məqsədilə müqavilə imzalanıb

Mərkəzi Bankın valyuta ehtiyatları açıqlanıb

Mərkəzi Bankın valyuta ehtiyatları açıqlanıb

XƏBƏR LENTİ
  • 22:07

    Ukraynaya məxsus iki raket Kursk vilayəti üzərində vurulub
  • 21:41

    HƏMAS Tel-Əvivdəki atışmaya görə məsuliyyəti üzərinə götürüb
  • 21:16

    Bayden İrana qarşı yeni sanksiyalar elan edib
  • 21:05

    Türkdilli Ölkələr Turniri: Azərbaycan millisi Türkmənistana məğlub oldu
  • 20:57

    İran Prezidenti Qətər əmiri ilə görüşəcək
  • 20:45

    Konfrans Liqası: "Başakşəhər" "Rapid"ə məğlub oldu
  • 20:40

    Ayxan Hacızadə Ermənistan XİN rəhbərinin əsassız çıxışına cavab verib
    Ayxan Hacızadə Ermənistan XİN rəhbərinin əsassız çıxışına cavab verib
  • 20:19

    Livan səfiri Yaxın Şərqdəki vəziyyəti üçüncü Livan-İsrail müharibəsinin başlanğıcı adlandırıb
Menyu