http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 11 ° C

Bəzi fermerlərə sığorta ödənişləri ediləcək

24 İyun 2023 , 22:22
Bəzi fermerlərə sığorta ödənişləri ediləcək

Son günlər ölkə ərazisində havaların qeyri-sabit keçməsi nəticəsində kənd təsərrüfatı sahələrinə dəyən zərərlə bağlı Aqrar Sığorta Fonduna daxil olan müraciətlərin sayı artıb.

Fonddan "Operativ Media"ya bildirilib ki, bölgələrdə yağan leysan yağışları, sel-subasma, güclü külək, dolu hadisələri nəticəsində fermer təsərrüfatlarına ziyan dəyib.

Təbiət hadisələrindən Gədəbəy, Daşkəsən, Tovuz, Gəncə, Göygöl, Naftalan, Yevlax, Qusar, Quba, Goranboy, Şabran, Şəki, Qax, Cəlilabad rayonlarının fermerləri də zərər çəkib. Güclü külək, leysan, subasma, dolu düşməsi nəticəsində xeyli sayda təsərrüfata ziyan dəyib. Qeyd edək ki, ölkə üzrə daha çox müraciət Şəki-Zaqatala, Dağlıq Şirvan və Qarabağ iqtisadi rayonlarından daxil olub.

İlin əvvəlindən Aqrar Sığorta Fonduna 900-dən çox müraciət daxil olub ki, bunun da yarıdan çoxu may-iyun aylarında qeydə alınıb.

Hazırda Aqrar Sığorta Fondu tərəfindən ölkə üzrə 400 min hektar əkin ərazisi sığortalanıb. Baş verən hadisələrlə bağlı müstəqil aqrar sığorta ekspertləri bölgələrə ezam olunublar. Hazırda dəymiş zərərin qiymətləndirilməsi prosesi davam edir. Payızlıq və yazlıq əkinlərin biçin dövrü olduğu üçün öncədən zərər görmüş əkin sahələrində də yekun qiymətləndirmə aparılır. Bu proses yekunlaşdıqdan sonra fermerlərə dəyən zərərlər ödəniləcək.

 

OXŞAR XƏBƏRLƏR
AMB və Qazaxıstan Mərkəzi Bankı arasında  əməkdaşlığın dərinləşdirilməsi imkanları nəzərdən keçirilib

AMB və Qazaxıstan Mərkəzi Bankı arasında əməkdaşlığın dərinləşdirilməsi imkanları nəzərdən keçirilib

“Azərenerji” ASC Xankəndində qapalı tipli yeni yarımstansiya tikir

“Azərenerji” ASC Xankəndində qapalı tipli yeni yarımstansiya tikir

AMB-nin bu günə olan valyuta məzənnələri

AMB-nin bu günə olan valyuta məzənnələri

XƏBƏR LENTİ
  • 05:41

    Kamçatkada zəlzələ olub
  • 00:20

    Prokurorluq orqanlarının yaranmasının 106-cı ili tamam olur
  • Dünən
    23:46

    İsrail ordusu Livan ərazisinə daxil olub
  • Dünən
    23:24

    Gömrük-keçid məntəqələrində yük maşınlarının sayı açıqlanıb
  • Dünən
    23:08

    Rusiya Aerokosmik Qüvvələri Suriyada silahlıların yeddi bazasına zərbələr endirib
  • Dünən
    22:40

    Azərbaycanda ilk dəfə Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans keçirilib
  • Dünən
    22:29

    Bayden: Bizə indi atəşkəs lazımdır
  • Dünən
    21:50

    ABŞ-da Helene qasırğasının iqtisadi itkisi 160 milyard dollara çata bilər
Menyu