Menyu

Əliyar Agayev daha bir beynəlxalq matça təyinat aldı

Əziz Əzizli
Əliyar Agayev daha bir beynəlxalq matça təyinat aldı
1 dəq oxu

21 yaşadək futbolçulardan ibarət milli komandaların Avropa çempionatı davam edir.

"Operativ Media" xəbər verir ki, Azərbaycanın FIFA referisi Əliyar Ağayev turnirdə növbəti təyinatını alıb. O, C qrupunda üçüncü tur çərçivəsində keçiriləcək İngiltərə - Almaniya oyununun baş hakimi olacaq.

Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını rumıniyalı Horati Feşniç yerinə yetirəcək.

Oyun iyunun 28-də keçiriləcək.

Əlaqəli Xəbərlər